UEFA MİLLƏTLƏR LİQASININ FİNAL MƏRHƏLƏSİNİN PÜŞKÜ ATILIB

UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.

Niderland, İtaliya, Xorvatiya və İspaniya millilərinin iştirak etdiyi püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Püşkə əsasən, yarımfinalda Niderland millisi Xorvatiya, İspaniya isə İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal matçları iyunun 14-15-də keçiriləcək.