UEFA KONFRANS LİQASI: “NEFTÇİ”NİN “RAPİD”LƏ İLK MATÇININ BAŞLAMA SAATI AÇIQLANIB

Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.
Bakı klubundan bildirilib ki, bu komandalar arasındakı ilk qarşılaşma avqustun 4-də Bakıda baş tutacaq.
“Bakcell Arena”da keçiriləcək bu oyuna saat 21:00-da start veriləcək.
Tərəflər arasındakı cavab görüşü isə bir həftə sonra Vyanada keçiriləcək.