UEFA KONFRANS LİQASI: BU GÜN “QARABAĞ” KLUBU KİPRİN AEL KOMANDASINI QƏBUL EDƏCƏK

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandasını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı estoniyalı baş hakim Kristo Tover idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaq. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün oynamayacaq.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək.