UEFA-DAN İSRAİL KLUBLARI İLƏ BAĞLI QƏRAR

İsrail klubları avrokubokların növbəti mövsümündə ev oyunlarını neytral meydanda keçirməyə davam edəcəklər.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

UEFA ölkədəki müharibə şəraiti səbəbindən artıq İsrail komandalarına xaricdə stadion axtarmağa başlamalı olduqlarını bildirib.

Qurum İsrail təmsilçilərindən Avropa yarışlarına vəsiqə qazanacaqları təqdirdə harada oynamaq niyyətində olduqları barədə ilk fürsətdə məlumat verməklərini istəyib.