UEFA ÇEMPİONLAR LİQASININ PÜŞKATMASI TƏKRAR KEÇİRİLİB

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi təkrar keçirilib.

Bir neçə saat əvvəl püşkatmanın nəticələri texniki səhvlə əlaqədar ləğv olunmuşdu.

Yeni püşkatmaya əsasən, bu komandalar üz-üzə gələcək:

“Zaltsburq” (Avstriya) – “Bavariya” (Almaniya);

“Sportinq” (Polrtuqaliya) – “Mançester Siti” (İngiltərə);

“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland);

“Çelsi” (İngiltərə) – “Lill” (Fransa);

“Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya);

“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə);

“PSJ” (Fransa) – “Real” (İspaniya).

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları 2022-ci fevralın 15-16, 22-23-də və martın 8-9 və 15-16-da keçiriləcək.

Final matçı mayın 28-də Sankt-Peterburqun “Qazprom Arena” stadionunda baş tutacaq.