UEFA ÇEMPİONLAR LİQASININ FİNAL OYUNUNU RUSİYADAN ALIB

Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsi ilə əlaqədar UEFA Çempionlar Liqasının final matçının Sankt-Peterburqda keçirilməsi qərarını ləğv edib.

Matç Fransanın paytaxtı Parisdə “Park de Prens” stadionunda keçiriləcək.

Qərar UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar iclasında qəbul edilib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalı mayın 28-də keçiriləcək.