UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.
Ən çox azarkeş Bakıda “Qarabağ” və “Lex” komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 min 652 fanat izləyib.
İkinci pillədə 20 min 22 tamaşaçı ilə “Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Bratislava, Slovakiya) matçı yer alıb. İlk üçlüyü “Ferentsvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) görüşü tamamlayıb – 17 347.
Qeyd edək ki, “Qarabağ” rəqibini 5:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi Poznandakı ilk oyunda minimal hesabla uduzub – 0:1.