İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Bu mərhələdə Avropa Liqasının qrup mərhələsində ikinci yer tutmuş klublarla, Çempionlar Liqasının qrup mərhələsində üçüncü olmuş klublar üz-üzə gələcək.
Püşkatma nəticəsində “Sevilya” (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya), “Atalanta” (İtaliya) – “Olimpiakos” (Yunanıstan), Leyptsiq (Almaniya) – “Real Sosyedad” (İspaniya), “Barselona” (İspaniya) – “Napoli” (İtaliya), “Zenit” (Rusiya) – “Betis” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya) – “Qlazqo Reyncers” (Şotlandiya), “Şeriff” (Moldova) – “Braqa” (Portuqaliya), “Portu” (Portuqaliya) – “Latsio” (İtaliya) cütlükləri qarşılaşacaq.
Matçlar fevralın 17-də və 24-də keçiriləcək.
Bu mərhələnin qalibləri 1/8 final mərhələsində Avropa Liqasının qrup mərhələsinin qalibləri ilə üz-üzə gələcək.
Final matçı mayın 18-də Sevilyada baş tutacaq.