ÜÇ ÖLKƏNİN XİN RƏHBƏRLƏRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİRLƏR

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana səfər edəcəklər.

Bu barədə B.Auresku “Twitter”də yazıb.

Nazir Avropa İttifaqının təhlükəsizlik sahəsində tərəfdaşlıq və dayanıqlılığı artırmaq üçün “şərq tərəfdaşları”na dəstək verməsinin vacibliyini vurğulayıb:

“Xarici işlər nazirləri Şallenberq və Landsbergis ilə birlikdə 24-26 iyunda Cənubi Qafqaz ölkələrinə (Azərbaycan, Gürcüstan, Ermənistan) səfər edəcəyik”.