Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Mingəçevir-Qazax, Gəncə-Xankəndi-Şuşa, Mingəçevir-Xankəndi-Laçın şəhərlərarası avtobus marşrutları üzrə müsabinin qalibləri müəyyən edilib.
AYNA-dan bildirilib ki, “Mingəçevir-Qazax” marşrutu üzrə fiziki şəxs Rəsulov Şərif Kamal oğlu, “Gəncə-Xankəndi-Şuşa” marşrutu üzrə hüquqi şəxs “Fazil-20” MMC, “Mingəçevir-Xankəndi-Laçın” marşrutu üzrə fiziki şəxs Mustafayev Rafiq Şahid oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.