“TWİTTER”DƏ KRİPTOVALYUTA ALQI-SATQISI MÜMKÜN OLACAQ

Twitter”də kriptovalyuta ticarəti funksiyası yaradılır.

“eToro” vasitəsilə birbaşa “Twitter”də kriptovalyuta və səhmləri alıb satmaq mümkün olacaq.

“Twitter” “cashtag”lərinin daha çox alətləri və aktiv siniflərini əhatə edəcək şəkildə genişləndiriləcəyi bildirilib. “Cashtag” adlı funksiya ilə S&P 500, şirkət səhmləri və bəzi kripto aktivləri kimi indeks fondları haqqında məlumatlar “Twitter”də “TradingView” məlumatlarından istifadə etməklə göstərilə bilər. “eToro” inteqrasiyası ilə artıq ticarət etmək mümkündür.