
“Twitter” sosial şəbəkəsi loqosunu “Dogecoin” kriptovalyutasının loqosundan it şəklinə dəyişib.
“CNBC” telekanalı xəbər verir ki, bu fonda kriptovalyutanın qiyməti “Binance” birjasında 30 faizdən çox artıb.
Bəzi sosial şəbəkə istifadəçilərində loqoda olan mavi quş əvəzinə Şiba İnu cinsindən olan itin təsviri var. Bundan sonra “Twitter”in sahibi, amerikalı iş adamı abunəçiləri ilə bu barədə mem paylaşıb.
Bu dəyişikliyin qalıcı olub-olmadığı hələlik məlum deyil, sosial şəbəkə bloqunda və İlon Maskın səhifəsində bu barədə heç bir şərh yoxdur.