TÜRKPA QƏRBİ AZƏRBAYCANA QAYIDIŞI NÖVBƏTİ DƏFƏ DƏSTƏKLƏDİ

Qərbi azərbaycanlıların qayıdışına beynəlxalq aləmin ardıcıl və prinsipial dəstəyi davam edir. TÜRKPA-nın 2025-ci il iyunun 12-də Astana şəhərində keçirilmiş sessiyasında Assambleya bir daha Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyindən dərin narahatlığını ifadə etdi və onların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququnu dəstəklədi.

Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu qərar insan hüquqlarına, ədalətə və sülhə xidmət edir.

“Qərbi Azərbaycan İcması prinsipial, ardıcıl və ədalətli mövqeyinə görə TÜRKPA-ya və onun üzvü olan parlamentlərə təşəkkürünü bildirir”, – deyə açıqlamada vurğulanıb.