TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİLƏRİNİN QALİBİ AÇIQLANIB

Sərdar Berdiməhəmmədov Türkmənistanda keçirilmiş prezident seçkilərində 72,97 faiz səs toplayaraq qalib gəlib.

Bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyasının yekun açıqlamasında deyilir.

Qeyd edək ki, Türkmənistanda prezident seçkiləri martın 12-də keçirilib. Seçkilərdə 9 namizəd iştirak edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçici fəallığı 97,17 faiz təşkil edib.