Türkmənistanda 5,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Türkmənbaşı şəhərindən 34 kilometr şima-şərqdə, ocağı isə 45 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.