TÜRKMƏNİSTAN XALQ MƏSLƏHƏTİNİN SƏDRİNİN QIZI OQULDJAXAN ATABAYEVA AZƏRBAYCAN MİLLİ XALÇA MUZEYİNİ ZİYARƏT EDİB

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.

Muzeyin direktoru Əminə Məlikova qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib.

Sonra Oquldjaxan Atabayevaya Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qonaq kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Sonda qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə olunub.

Oquldjaxan Atabayevaya öz növbəsində Milli Xalça Muzeyinə xalça hədiyyə edib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Oquldjaxan Atabayevada xoş təəssürat yaradıb.

Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib (FOTO)