TÜRKMƏNBAŞI LİMANINA İLK DƏFƏ YAN ALAN “AZƏRBAYCAN” GƏMİ-BƏRƏSİ MİLLİ ADƏT-ƏNƏNƏLƏRƏ UYĞUN QARŞILANIB

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan “Azərbaycan” Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.

Türkmənistanlı qardaşlarımız ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar.