Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi istiqamətində fəaliyyətə başlayıb.
İyulun 31-də yerli vaxtla təxminən saat 9:00-da (Bakı vaxtı ilə saat 10:00) Muğla vilayətinin Marmaris bğlgəsində işə başlayan yanğınsöndürənlərimiz yanğının ən qaynar nöqtələrindən birində fəaliyyət göstərirlər.
Qrupun tərkibində FHN-nin 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət dəstə üzvlərinin fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin ediliblər.
Hazırda yanğının lokallaşdırılması üçün yanğınsöndürən helikopterlərdən istifadə olunur.