Azərbaycanla Türkiyə arasında enerji istiqamətində əməkdaşlıq davam edəcək.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Əsas hədəfimiz Qars-Naxçıvan dəmiryolu layihəsini ən qısa zamanda həyata keçirməkdir”, – deyə nazir vurğulayıb.
Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyənləşməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edən nazir qeyd edib: “Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.