TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ PREZİDENT İLHAM ƏLİYEVİ YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.

Türkiyə XİN başçısının tviter hesabında etdiyi paylaşımda deyilir: “Can Azərbaycanın dövlət başçısını və Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum gününü təbrik edirəm. Doğum gününüz mübarək olsun, cənab Prezident!”.