TÜRKİYƏNİN VERDİYİ SEYSMİK CİHAZLAR İYUNDA ŞUŞADA QURAŞDIRILACAQ

Türkiyənin verəcəyi seysmik cihazlar iyunda Şuşada quraşdırılacaq.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, iyun ayında Bakıda beynəlxalq konfrans keçiriləcək.

“Seysmik cihazların Şuşanın Daşaltı kəndində quraşdırılması nəzərdə tutulur. Şuşa ətrafında olan stansiya Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı quraşdırılacaq”.