TÜRKİYƏNİN VAN ƏYALƏTİNDƏ ZƏLZƏLƏ OLUB

Türkiyənin Van əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.

Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

Yeraltı təkanların ocağı 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar barədə məlumat verilməyib.