TÜRKİYƏNİN TÜRKSAT 6A PEYKİNİN KOSMOSA GÖNDƏRİLƏCƏYİ TARİX AÇIQLANIB

Türkiyənin TÜBİTAK UZAY şirkəti tərəfindən hazırlanan Türksat 6A peyki 2024-cü ilin mart ayında kosmosa göndəriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır jurnalistlərə açıqlamasında deyib.

“TÜBİTAK bu gün olduğu kimi gələcəkdə də Türkiyədə lider rolunu davam etdirəcək. Qlobal liderliyə gedən yolda tədqiqat nəticələrinin kommersiyalaşdırılmasına və sahibkarlarımızın ideyalarının məhsula çevrilməsinə dəstək verməyə davam edəcəyik. Eksperimental seminarlar, təşkil etdiyimiz TEKNOFEST-lər vasitəsilə elm və texnologiyanı cəmiyyətin hər bir təbəqəsi ilə bir araya gətirməyə davam edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyənin ilk yerli müşahidə peyki İMECE aprelin 15-i yerli vaxtla saat 10:47- də Amerikanın SpaceX şirkətinin Falcon 9 raketi ilə orbitə göndərilib.