TÜRKİYƏNİN TB3 PUA-SI İLK QALXIŞA HAZIRLIQ TESTİNİ UĞURLA TAMAMLAYIB

Türkiyənin qatlana bilən qanad konstruksiyasına malik TB3 silahlı pilotsuz uçuş aparatı (PUA) ilk qalxışa hazırlıq testini uğurla tamamlayıb.

Bu barədə “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar X sosial media hesabından məlumat yayıb.

Yaxın zamanda ilk uçuşunu edəcək TB3 Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanıb.

TB3 PUA-sı “TCG Anadolu” hərbi amfibiya gəmisi kimi qısa uçuş-enmə zolağına malik dəniz vasitələrində qalxıb enmə qabiliyyətinə malik dünyanın ilk silahlı pilotsuz uçuş aparatı olacaq.