TÜRKİYƏNİN SAKARYA BÖLGƏSİNDƏ 5.5 GÜCÜNDƏ DAHA BİR ZƏLZƏLƏ OLUB

Türkiyənin Sakarya və Balıkesir şəhərlərində müvafiq olaraq 5.5 və 4.1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 014 nəfər həyatını itirib, 7 003 nəfər yaralanıb, 2 824 bina dağılıb.