
Azərbaycanın ürəyi Türkiyə ilə döyünür. Kimin gücü nəyə çatırsa kömək etməyə, dəstək olmağa çalışır.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı fevralın 14-də keçirilən brifinqdə deyib.
O diqqətə çatdırıb ki, zəlzələ ilə bağlı Azərbaycanın dövlət rəsmiləri də öz dəstəklərini ifadə ediblər.
Hər bir azərbaycanlıya təşəkkürünü bildirən Cahit Bağçı qeyd edib ki, ötən ağır həftə Azərbaycan Türkiyənin yanında oldu, lazımi dəstəyini göstərdi və göstərməkdə davam edir.