Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.Trend bu barədə nazirliyin “Twitter” səhifəsinə istinadən məlumat verir.Təbrikdə deyilir: “Dost və qardaş ölkə Azərbaycanı müstəqilliyini yenidən qazanmasının 30-cu ildönümü münasibətilə təbrik edirik, azərbaycanlı qardaşlarımıza birlikdə və bərabər olacağımız güclü gələcək arzulayırıq”.