TÜRKİYƏNİN MİLLİ MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ İLƏ TƏK YUMRUQ, TƏK ÜRƏK OLMAĞA DAVAM EDƏCƏYİK

Azərbaycan türkü qardaşlarımızın sülhü və təhlükəsizliyi naminə qəhrəmanlıq və fədakarlıqla xidmət edən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümü mübarək.

Bu ifadələr Türkiyənin Milli Müdafiə Nazirliyinin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə yayımladığı təbrik mesajında yer alıb.

Nazirliyin rəsmi “X” sosial media hesabında edilən paylaşımda “Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik”-deyə vurğulanıb.