TÜRKİYƏNİN MƏŞHUR FUTBOL KLUBU KİBERHÜCUMA MƏRUZ QALIB

Türkiyənin “Trabzonspor” futbol klubu kiberhücuma məruz qalıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub bir çox məlumatların oğurlanması ilə bağlı Şəxsi Məlumatların Mühafizəsi Təşkilatına (KVKK) müraciət edib.

Kiberhücumun 19 may tarixində gerçəkləşib.

Qeyd edək ki, “Trabzonspor” 2 avqust 1967-ci ildə qurulan , Türkiyənin Trabzon şəhərində yerləşən idman klubudur. Xüsusilə futbol sahəsi ilə tanınan klub peşəkar futbol liqaları tarixində 6 çempiondan biri və çempion olan ilk Anadolu klubudur. Klubun sədri Ərtoğrul Doğandır.