TÜRKİYƏNİN İZMİR VİLAYƏTİNDƏ YERLƏŞƏN MEŞƏLİK ƏRAZİLƏRDƏ YANĞIN BAŞ VERİB

Türkiyənin İzmir vilayətinin Menderes və Urla rayonlarında yerləşən meşəlik ərazilərdə yanğın baş verib.

Bölgəyə bir təyyarə, beş helikopter, çoxlu sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.