
Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ olub.
Yeraltı təkanların episentri Malatyanın Battalqazi rayonudur.
Məlumata görə, ocağı yerin 6,99 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Təbiət hadisəsinin törədə biləcəyi fəsadlarla bağlı hələ məlumat verilməyib.
