TÜRKİYƏNİN BEŞİNCİ NƏSİL HƏRBİ TƏYYARƏSİ – “KAAN” İLK DƏFƏ SƏMAYA QALXIB

Türkiyənin yerli istehsalı olan beşinci nəsil “KAAN” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirib.

Təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.

İnteqrasiya edilmiş süni intellektə malik 6-cı nəsil döyüş təyyarəsinin hazırlanması üzrə də fəaliyyətə başlayan Türkiyə hazırda dünyanın 185 ölkəsinə 230 növdən çox müdafiə sənayesi məhsulu ixrac edir.