TÜRKİYƏNİN “BEŞİKTAŞ” KOMANDASININ YENİ BAŞ MƏŞQÇİSİ MÜƏYYƏNLƏŞİB

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Klubun rəsmi saytı xəbər verir ki, Super Liqa komandası fransalı məşqçi Valeryen İsmaellə 1+1 illik müqavilə imzalayıb. O, bu vəzifədə Öndər Karavelini əvəzləyib. Ö.Karaveli komandanın məşqçilər korpusunda yer alacaq.
Xatırladaq ki, fransalı mütəxəssis karyerası ərzində İngiltərənin “Vest Bromviç”, “Barnsli”, Almaniyanın “Volfsburq”, “Nürnberq” və Avstriyanın “LASK” kollektivlərinin baş məşqçisi olub.
Qeyd edək ki, İstanbul təmsilçisi Türkiyə çempionatında növbəti oyununu aprelin 3-də səfərdə “Trabzonspor”a qarşı keçirəcək.