
Xeyriyyə oyununda “Sabah”ın qonağı olacaq Türkiyənin “Beşiktaş” klubu Bakıya gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı çoxsaylı azarkeş qarşılayıb.
Qeyd edək ki, mayın 13-də keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
