TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİ ÖLKƏMİZİ SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizi Silahlı Qüvvələr Günü ilə münasibətilə təbrik edib.

Bu barədə Səfirliyin “Twitter” səhifəsindəki paylaşımda deyilir.

“Qardaş Azərbaycanın 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunması uğrunda məsuliyyətli və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq”, – deyə qeyd olunub.

Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib (FOTO)