Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub.
Bununla bağlı Türkiyə Prezidenti müvafiq qərar imzalayıb.
Qərara əsasən, Türkiyənin ölkəmizdəki hazırkı səfiri Erkan Özoral geri çağırılıb, onun yerinə Cahit Bağcı təyin olunub.
Prezidentin digər qərarları ilə Türkiyənin daha on iki ölkəyə yeni səfirləri təyinat alıb.