Qarabağın 30 il ərzində dağıdılıb, məhv edildiyini gördüm.
Bunu Trend-ə açıqlamasında “Türkiyə Gəzginlər Klubu”nun üzvü Vural Özmekik deyib.
Onun sözlərinə görə, hər yer dağıdılıb, minalar basdırılıb.
Beynəlxalq təşkilatların, xüsusilə UNESCO kimi bir təşkilatın bu ərazilərlə bağlı hər hansı bir iş görməməsi məni təəccübləndirdi. Qarabağı dünyaya qazandırmaq üçün dünya ölkələrinin, UNESCO-nun Azərbaycana yardım etməsi lazımdır. Türkiyə qardaş ölkəyə hər cür yardım edir. Lakin azad edilən torpaqlarda problemlər çoxdur. Azad edilən torpaqlar bir ölkə qədər əraziyə malikdir. Mən dünyanın bir çox ölkəsində olmuşam, indiyə qədər bu cür dağıdılmış, viran qoyulmuş yer görməmişəm”, – deyə V.Özmekik bildirib.