TÜRKİYƏDƏN AZƏRBAYCANA YENİ UCUZ AVİAREYS AÇILIR

“Türk Hava Yolları”nın törəmə şirkəti “Anadolujet” büdcə aviaşirkəti martın 19-dan etibarən Azərbaycana müntəzəm reyslərə başlayır.
Bu barədə “Anadolujet” məlumat verir.
Uçuşlar İstanbul-Bakı-İstanbul marşrutu ilə həyata keçiriləcək və həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri Sabiha Gökçen hava limanından baş tutacaq.