Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğında ölənlərin sayı 66-ya yüksəlib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir bildirib ki, yanğın tamamilə nəzarət altına alınıb, hazırda soyutma işləri aparılır. Hadisə zamanı 51 nəfər müxtəlif bədən xəsarəti alıb.
Hazırda Türkiyənin daxili işlər, mədəniyyət və turizm, səhiyyə, əmək və sosial müdafiə, sənaye və texnologiya nazirləri bölgədəki araşdırmalarda iştirak edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı açıqlamasında hadisənin dərindən araşdırılması istiqamətində lazımi tədbirlərin başlanıldığını deyib.