TÜRKİYƏDƏ ZAVODDA PARTLAYIŞ OLUB, 12 NƏFƏR HƏLAK OLUB, 3 NƏFƏR YARALANIB

Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər həlak olub, 3 nəfər yaralanıb.

“Haber Global” xəbər verir ki, bu barədə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib.

O, təxribat ehtimalının hələ ki olmadığını söyləyib.

Məlumata görə, zavodda silah-sursat – ov patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.