
Türkiyənin Adana vilayətində 4,0 bal gücündə zəlzələ baş berib.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri vilayətin Saimbeyli rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.