TÜRKİYƏDƏ ZƏLZƏLƏ OLUB

Türkiyənin Kayseri vilayətinin Sarız rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, saat 13:17-də Sarız rayonunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 7,06 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Bundan başqa, xilasedicilər hadisə yerinə cəlb edilib və zərərçəkənlərə qısa müddətdə yardım göstərilib.