
Türkiyənin Sivas vilayətində yerli vaxtla 18:33-də zəlzələ baş verib.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, episentri Sivasın Gürün rayonu olan 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ 7 kilometr dərinlikdə baş verib.