Türkiyənin İstanbul şəhəri yaxınlığında 4,1 maqnitudada zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Mərmərə adasının yaxınlığında təxminən yeddi kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.