
Türkiyədə 4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri Qara dənizin Samsun körfəzində 18,27 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.