TÜRKİYƏDƏ ZƏLZƏLƏ OLUB

Türkiyənin Kahramanmaraş vilayətində 4.1 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:58-də, 6.99 km dərinlikdə qeydə alınıb.