TÜRKİYƏDƏ ZƏLZƏLƏ OLUB

Türkiyənin Denizli şəhərində zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hadisə Denizlinin Honaz rayonunda baş verib. Yeraltı təkan Rixter şkalası ilə 3,8 balla qiymətləndirilib. Zəlzələnin ocağı yerin 13,37 kilometr dərinliyində yerləşib.

Fəsadlar barədə məlumat yoxdur.