TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 1 541-Ə ÇATIB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralananların sayı isə 9 733-ə yüksəlib.

Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 3471 bina dağılıb.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.