TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 1 121-Ə YÜKSƏLİB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 121-ə, yaralananların sayı isə 7 634-ə yüksəlib.

Türkiyə KİV xəbər verir.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1121 nəfər həyatını itirib, 7 634 nəfər yaralanıb, 2 834 bina dağılıb.