TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 44 218 NƏFƏRƏ ÇATIB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 218 nəfərə çatıb.

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.